Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən istiqamərində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (1 qadın, 4 kişi) saat 11:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Azreform.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunur ki, müxtəlif növ xəsarətlər alan xəstələrə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri sabitdir.
Qeyd edək ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
***
Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.