AZ

Yeniyetmə və gənclər arasında rapid şahmat turniri baş tutub - FOTO

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib.

Bu barədə İdman.Biz-ə AŞF-dən məlumat verilib.

Yarışdan əvvəl millinin üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüblər.

40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub. Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.

İdman.Biz

Seçilən
27
6
idman.biz

8Mənbələr