Azərbaycan Şahmat Federasiyasının Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib.
Apasport.az xəbər verir ki, yarışdan əvvəl milli komandanın üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüb.
40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub.
Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.
Millimiz Avropa çempionluğunun bir addımlığında
Azərbaycan şahmatçıları Ermənistana qalib gəlib
Yığmamız Ermənistanla qarşılaşacaq
Şahmatçılarımızdan Avropa çempionatında parlaq çıxış
Azərbaycan şahmatçılarından Batumidə parlaq çıxış - FOTO