AZ

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 29-30 oktyabr tarixlərində Bakıda beynəlxalq tədbir keçiriləcək.

Olaylar.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə 30-dan çox ölkənin parlament sədrləri və deputatları iştirak edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il "Konstitusiya və Suverenlik İli" elan edilib. İl ərzində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
3
olaylar.az

10Mənbələr