AZ

30-dan çox ölkənin parlamentariləri Bakıda TOPLAŞACAQ - EKSKLÜZİV

30-dan çox ölkənin parlament sədrləri və nümayəndələri Bakıya gələcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində 29-30 oktyabr tarixlərində Bakıda beynəlxalq tədbir keçiriləcək.

Tədbirdə 30-dan çox ölkənin parlament sədrləri və deputatları iştirak edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Konstitusiya və Suverenlik İli” elan edilib.

İl ərzində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Seçilən
14
3
modern.az

10Mənbələr