AZ

Pentaqon 130 milyon dollar anonim ianə alıb

BAKI, 24 Oktyabr. TELEQRAF

ABŞ ordusu federal hökumətin qismən bağlanması zamanı işçilərin əmək haqqını ödəmək məqsədilə 130 milyon dollar məbləğində anonim ianə alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnellin sözlərinə görə, 23 oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonim ianə qəbul edib.

Parnell vurğulayıb ki, ianə maaşların ödənilməsi üçün istifadə olunacaq.

Seçilən
86
5
teleqraf.com

3Mənbələr