AZ

Pentaqon 130 milyon dollar anonim ianə alıb

Bakı. Trend:

ABŞ ordusu federal hökumətin qismən bağlanması zamanı işçilərinəmək haqqını ödəmək məqsədilə 130 milyon dollar məbləğində anonimianə alıb.

Trend xəbər verirki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrəköməkçisi Şon Parnellin sözlərinə istinadən bildirib ki, “23oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonimianə qəbul edib”.

Parnell vurğulayıb ki, ianə “hərbi maaşların və müavinətlərinxərclərini kompensasiya etmək üçün istifadə olunacaq”.

Qeyd edək ki, bu məbləğ 1,3 milyon aktiv xidmət edən əsgərinxərclərinin yalnız kiçik hissəsini ödəyəcək. Ötən ay Pentaqon əməkhaqqına təxminən 9,8 milyard dollar xərcləyib.

Seçilən
147
6
az.trend.az

9Mənbələr