Bakı, 24 oktyabr, AZƏRTAC
“Araz-Naxçıvan”ın uzun müddətdir zədəli olan futbolçusu Əyyub Allaş məşqlərə qayıdıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, o, təxminən 1 saat davam edən hazırlıq prosesində iştirak edib. Yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının IX turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 25-də “Bank Respublika Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
 
                        