EN

“Araz-Naxçıvan”ın legioneri uzunmüddətli zədədən sonra məşqlərə başlayıb

Bakı, 24 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan”ın uzun müddətdir zədəli olan futbolçusu Əyyub Allaş məşqlərə qayıdıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, o, təxminən 1 saat davam edən hazırlıq prosesində iştirak edib. Yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının IX turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 25-də “Bank Respublika Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Chosen
90
1
azertag.az

2Sources