AZ

Prokurorluq Qaribaşvilidən bu qədər girov tələb edir

Gürcüstanın Baş Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan keçmiş baş nazir İrakli Qaribaşvilidən 1 milyon lari (təxminən 370 min 400 dollar) girov tələb edir.

Publika.az xəbər verir ki, bu barədə brifinqdə baş prokuror Giorgi Qvarakidze məlumat verib.

"Prokurorluq təqsirləndirilən şəxs (Qaribaşvili) üçün 1 milyon lari girov təyin edilməsi üçün məhkəməyə vəsatət verib ki, bu da pul və ya daşınmaz əmlakla təmin oluna bilər", - Qvarakidze deyib.

Gürcüstan Baş Prokurorluğu bundan əvvəl Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Partsxaladzenin, eləcə də onlarla əlaqəli səkkiz şəxsin evlərində axtarış aparıldığını bildirib.

Daha sonra DTX keçmiş məmurların və onların ailə üzvlərinin evlərindən 7 milyon dollar, 198 bahalı əşya və saatlar, qiymətli rəsmlər, minlərlə səhifə sənəd, 50 mobil telefon və 119 elektron cihaz müsadirə etdiyini bildirdi. Prokurorluq daha sonra əlavə 4 milyon dolların ələ keçirildiyini bildirib.

Seçilən
26
50
publika.az

10Mənbələr