AZ

Qatarda qumbara partlayıb: 4 nəfər ölüb

Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Məlumatda deyilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.

Məlumata görə, 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

"Cebheinfo.az" 

Seçilən
24
8
cebheinfo.az

10Mənbələr