Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var.
Redaktor.az "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.
Nəticədə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.