AZ

XİN: Azərbaycan BMT-nin etibarlı tərəfdaşı olaraq qalacaq

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının yaranmasının 80 illiyi və BMT Günü münasibətilə təşkilatı təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“Bu gün Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümüdür. Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq, Azərbaycan BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək üçün səylərini əsirgəməyəcək. BMT Gününüz mübarək”, - paylaşımda qeyd edilib.

Seçilən
28
7
operativmm.az

10Mənbələr