Aktual.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümüdür. Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq, Azerbaijan BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək üçün səylərini əsirgəməyəcək. BMT Gününüz mübarək”, - paylaşımda qeyd edilib.