AZ

Laçının Qorçu qəsəbəsində tikinti layihəsi üzrə söküntü işləri aparılacaq

Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işlərinə başlanılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1,059 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu "El-Seym İnşaat" QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan QSC-nin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.

Seçilən
38
1
day.az

2Mənbələr