AZ

Laçının Qorçu qəsəbəsində tikinti layihəsi üzrə söküntü işləri aparılacaq

Bakı. Trend:

Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsindəsöküntü işlərinə başlanılır.

Trend-inməlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetməXidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “El-Seym İnşaat" Qapalı SəhmdarCəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1,059 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu “El-Seym İnşaat" QSC 2008-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan QSC-ninqanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.

Seçilən
103
1
az.trend.az

2Mənbələr