Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb. Hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Binəqədi qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, oktyabrın 23-də həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mətləb