Ajans.az xəbər verir ki, hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Binəqədi qəsəbə sakini 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb. Xəstəxanaya yerləşdirilmiş S.Ayvazova ötən gün ölüb. Faktla bağlı araşdırma aparılır.