AZ

"Fənərbağça" Almaniya klubuna qalib gəldi

BAKI, 23 oktyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda qələbə qazanıb.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi "Şükrü Saracoğlu" stadionunda Almaniyanın "Ştutqart" kollektivini 1:0 hesabı ilə məğlub edib.

34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu, "Fənərbağça"nın cari mövsüm Liqa mərhələsindəki ikinci qələbəsidir.

Seçilən
36
8
teleqraf.com

10Mənbələr