AZ

"Fənərbağça" UEFA Avropa Liqasında Almaniya klubuna qalib gəlib

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda qələbə qazanıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Şükrü Saracoğlu" stadionunda Almaniyanın "Ştutqart" kollektivini 1:0 hesabı ilə məğlub edib.

34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu, "Fənərbağça"nın cari mövsüm Liqa mərhələsindəki ikinci qələbəsidir.

Seçilən
26
8
missiya.az

10Mənbələr