ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Sentyabr ayında respublika üzrə nikahdan əvvəl 9703 nəfər tibbi müayinədən keçib.Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.Bildirilib ki, müayinələrin nəticələrinə əsasən, 305 nəfərdə talassemiya daşıyıcılığı müəyyən edilib. Hər iki tərəfdə daşıyıcılıq aşkar edilən 3 cütlük üzrə müvafiq genetik məsləhət xidmətləri göstərilib.Qeyd edilib ki, cinsi yolla keçən bəzi infeksiyalar 63 və 5 QİÇS halları da aşkarlanıb.Ümumilikdə, qeydiyyata alınan göstəricilər müvafiq tibbi nəzarətə götürülüb və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.Günay Şahmar, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.