AZ

Nikahdan əvvəl tibbi müayinədən keçənlərdə talessemiya və QİÇS aşkarlandı - QORXUNC RƏQƏMLƏR

Sentyabr ayında respublika üzrə nikahdan əvvəl 9703 nəfər tibbi müayinədən keçib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müayinələrin nəticələrinə əsasən, 305 nəfərdə talassemiya daşıyıcılığı müəyyən edilib. Hər iki tərəfdə daşıyıcılıq aşkar edilən 3 cütlük üzrə müvafiq genetik məsləhət xidmətləri göstərilib.

Qeyd edilib ki, cinsi yolla keçən bəzi infeksiyalar 63 və 5 QİÇS halları da aşkarlanıb.

Ümumilikdə, qeydiyyata alınan göstəricilər müvafiq tibbi nəzarətə götürülüb və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.

Günay Şahmar, Bizim.Media

Seçilən
70
1
bizim.media

2Mənbələr