AZ

Birgə layihələr Türk dövlətlərinin müdafiə sahəsində inteqrasiyasını artırır Hərbi ekspert

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi yaxınlaşması istiqamətində zaman-zaman bir sıra addımlar atılır. Bunlardan ilkin nümunə, yəni əsas flaqmanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığıdır. Bu əməkdaşlığın fundamental bünövrəsi 1994-cü ildə müqavilə ilə qoyulub”.Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Ekspertin fikrincə, həmin vaxt Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb:“Müqavilə bir neçə sahəni əhatə edir, o cümlədən hərbi texniki və hərbi tədris sahəsində əməkdaşlığın yaradılmasını təmin edir. Bu illər ərzində Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasında çoxsaylı hərbi təlimlər keçirilib və əməkdaşlığın bütün sahələrində mühüm addımlar atılıb. Son illərdə, xüsusilə 2020-ci ildən sonra, 2021-ci ildən başlayaraq, Azərbaycanın Mərkəzi Asiya bölgəsində yerləşən Türk dövlətləri ilə hərbi əməkdaşlığının genişlənməsinə şahid oluruq. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə hərbi təlimlər keçirib. Ötən il isə bu ölkələrlə birlikdə Qazaxıstanda müxtəlif təyinatlı təlimlərdə iştirak edib. Bu, türk dilli dövlətlərin birgə hərbi inteqrasiyasının nümunəsidir. Hərbi təlimlər və əməkdaşlığın həyata keçirilməsi müsbət haldır”. O əlavə edib ki, bu prosesin dərinləşməsi üçün daha konkret addımlar atılmalıdır:“Xüsusilə, hərbi sahədə təşkilata üzv ölkələrin birgə fəaliyyət planının hazırlanmasına ehtiyac var və təlimlər bunun tərkib hissəsi olmalıdır. Həmçinin hərbi texniki əməkdaşlıq dərinləşdirilməli, müdafiə sənayesi sahəsində birgə layihələrə start verilməlidir. Uzun illərdir bu məsələyə dair təklifim budur ki, Türk dilli dövlətlərin müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirilsin. Məsələn, müəyyən məhsulun istehsalında tərəfdaşlıq qurmaq olar. Məhsulun detalları müxtəlif ölkələrdə hazırlanır, yekun yığımı isə konkret bir ölkədə həyata keçirilir. Avropa İttifaqında buna bənzər layihələr var, məsələn "Eurofighter" və "Eurohelikopter" şirkətləri bir konsorsium kimi fəaliyyət göstərir.Bu formada əməkdaşlığı dərinləşdirməklə hərbi sahədə münasibətləri daha da genişləndirmək mümkündür”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
50
demokrat.az

10Mənbələr