AZ

Sağlam gələcək üçün əməkdaşlıq: Texnologiya Universiteti və Gəncə Memorial Hospitalı bir arada

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 23 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Memorial Hospitalı arasında əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim heyəti, digər əməkdaşları və tələbələri üçün klinikada endirimli qiymətlərlə tibbi müayinə və xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Gəncə Memorial Hospitalı Texnologiya Universitetinin əməkdaşlarına geniş spektrdə – laborator analizlər üçün 25%, rentgen və ultrasəs müayinələri, terapevtik və ixtisaslaşmış tibbi xidmətlər üzrə isə 20% güzəştlər təqdim edəcək.

Əməkdaşlığın məqsədi universitetin kollektivi və tələbələri üçün sağlamlıq imkanlarının əlçatanlığını artırmaq, profilaktik müayinələrin səmərəliliyini təmin etmək və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr