AZ

Deportasiya olunan miqrant kiçik qayıqla yenidən Britaniyaya qayıdıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

London, 23 oktyabr, AZƏRTAC

Böyük Britaniya və Fransa arasındakı qeyri-qanuni miqrantların qaytarılması ilə bağlı razılaşma çərçivəsində Britaniyadan Fransaya deportasiya olunan sığınacaq axtaran şəxs kiçik qayıqla yenidən ölkəyə qayıdıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu hadisə Baş nazir Kir Starmerin sərhədlərə nəzarəti gücləndirmək vədini sarsıdan hadisə kimi qiymətləndirilir.

Həmin miqrant bildirib ki, Fransanın şimalında qaçaqmalçılar tərəfindən müasir qul kimi istismar edilib və buna görə oraya qayıtmaq istəmir:

“Əgər Fransa mənim üçün təhlükəsiz olsaydı, heç vaxt Böyük Britaniyaya qayıtmazdım”,- deyə o vurğulayıb. Hazırda həmin şəxs miqrasiya saxlanma mərkəzindədir. Daxili İşlər Nazirliyi onun yenidən çıxarılması prosesini sürətləndirməyə çalışır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
2
azertag.az

3Mənbələr