Rumın mədəniyyəti əvəzolunmaz itki ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə News.ro nəşri məlumat yayıb.
Bildirilib ki, ölkənin milli caz məktəbinin banisi kimi qəbul olunan tanınmış bəstəkar və pianoçu Mirça Tiberian 71 yaşında vəfat edib.
İncəsənət ustası Qalaç şəhərindəki otel otağında axşam konsertindən dərhal sonra dünyasını dəyişib. Səhər yeməyində iştirak etmədiyinə görə narahat olan həmkarları onun cansız bədənini aşkar ediblər.
Ölüm səbəbi ilə bağlı məlumat hələ açıqlanmayıb.