Azərbaycan yəhudisi olan məşhur qrossmeyster 29 yaşında öldü
Amerikalı qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib.
aia.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb. Naroditskinin noyabrın 9-da 30 yaşı tamam olacaqdı.
Qeyd edək ki, əslən Azərbaycan yəhudisi olan Daniel Naroditski 1995-ci ildə ABŞ-da dünyaya gəlib. Valideynləri 80-ci illərdə Bakıdan ABŞ-yə köç ediblər.
aia.az