AZ

9 ayda Gürcüstandan 21 milyon dollarlıq mal-qara almışıq...


Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib. Bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb.
İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub.
Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
Mətləb

Seçilən
10
5
baki-xeber.com

7Mənbələr