Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb. pizza
İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı. Qadağanın məqsədi yerli ət istehsalını və mal-qara bazasını qorumaq idi.
Telegram kanalımız