AZ

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan “Webometrics”in (Ranking Web of Universities, July 2025) nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinci olub.

Bu barədə TƏHSİL.BİZ -ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, yanvar ayı ilə müqayisədə 1302 pillə irəliləyən UNEC, dünyanın 200-dən çox ölkəsindən olan 32.000-dən çox ali təhsil müəssisəsi arasında 1538-ci yerə yüksəlib.

Universitet həmçinin Avropanın 6002 universiteti arasında 856-cı, Asiyanın 17.653 universiteti arasında isə 1080-ci sırada qərarlaşıb.

Reytinq cədvəlinə Harvard Universiteti liderlik edir.

 

 

Seçilən
29
10
tehsil.biz

10Mənbələr