Bakı. Trend:
Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biriolan Webometrics-in(Ranking Web of Universities, July 2025) nəticələrinə əsasən,Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinci olub.
Yanvar ayı ilə müqayisədə 1302 pillə irəliləyən UNEC, dünyanın200-dən çox ölkəsindən olan 32.000-dən çox ali təhsil müəssisəsiarasında 1538-ci yerə yüksəlib.
Universitet həmçinin Avropanın 6002 universiteti arasında856-cı, Asiyanın 17.653 universiteti arasında isə 1080-ci sıradaqərarlaşıb.
Reytinq cədvəlinə Harvard Universiteti liderlik edir.
 
                        