Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında xarici maliyyə mənbələrindənəsas kapitala 2,991 milyard manat məbləğində investisiyaedilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən38 faiz artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların2,244 milyard manatı neft-qaz sektoru, 746,4 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindənAzərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmişinvestisiyaların həcmi 23 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,2dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 1 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 7 faiz artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51 faizi məhsulistehsalı sahələrinin, 4,298 milyard manatı (32,9 faizi) xidmətsahələrinin, 2,102 milyard manatı (16,1 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,6 faizidövlət, 48,4 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindənqoyulub. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinəsərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmişinvestisiyanın dəyəri ümumi sərmayənin 77,1 faizini təşkiledib.