AZ

“iPhone”da bu tətbiqi yükləmək olmayacaq

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət “Clips” tətbiqindən gedir. Məlumata görə, artıq bu tətbiqi “App store”dan yükləmək mümkün deyil və o, yeniləmə almayacaq. Şirkət tərəfindən bu qərar oktyabrın 10-da verilib. Belə ki, “Apple” 2017-ci ildə “hər kəs üçün praktik video studiyası” şüarı ilə təqdim etdiyi “Clips” tətbiqini istifadəçilərin qısa videolar vasitəsilə yaradıcılıqlarını nümayiş etdirmələri üçün hazırlamışdı. Tətbiq qısa videolar çəkməyə, mətn, musiqi, emoji və filtrlər əlavə etməyə imkan verirdi. Lakin “TikTok”, “Instagram Reels” və “YouTube Shorts” kimi platformaların yüksəlişi ilə birlikdə “Clips”in populyarlığı tədricən azalmağa başladı.

Amma daha əvvəl bu tətbiqi yükləyənlər istifadə etməyə davam edə biləcəklər. Hətta “App Store”dakı “Alınanlar” bölməsindən tətbiqi yenidən yükləmək də mümkündür. Lakin növbəti sistem yeniləməsində tətbiq işləməyəcək. 

Seçilən
7
6
Ajans.az

7Mənbələr