AZ

“iPhone”da bu tətbiqi yükləmək olmayacaq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Apple” şirkəti bir vaxtlar “iPhone” istifadəçilərinin sevimlisi olan tətbiqin fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, söhbət “Clips” tətbiqindən gedir.

Məlumata görə, artıq bu tətbiqi “App store”dan yükləmək mümkün deyil və o, yeniləmə almayacaq. Şirkət bu qərarı oktyabrın 10-da verib.

Belə ki, “Apple” 2017-ci ildə “hər kəs üçün praktik video studiyası” şüarı ilə təqdim etdiyi “Clips” tətbiqini istifadəçilərin qısa videolar vasitəsilə yaradıcılıqlarını nümayiş etdirmələri üçün hazırlamışdı.

Tətbiq qısa videolar çəkməyə, mətn, musiqi, emoji və filtrlər əlavə etməyə imkan verirdi. Lakin “TikTok”, “Instagram reels” və “YouTube shorts” kimi platformaların yüksəlişi ilə birlikdə “Clips”in populyarlığı tədricən azalmağa başladı.

Amma daha əvvəl bu tətbiqi yükləyənlər istifadə etməyə davam edə biləcəklər. Hətta “App store”dakı “Alınanlar” bölməsindən tətbiqi yenidən yükləmək də mümkündür. Lakin növbəti sistem yeniləməsində tətbiq işləməyəcək. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
qafqazinfo.az

7Mənbələr