AZ

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 7 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə 33 110 şəxs qəbul edilib.

Qurumdan verilən məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44 450 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Ümumi xidmətlərin 85 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

9 ay ərzində vergi ödəyicilərinə 664 698 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib, 2 569 müraciət üzrə 4 568 "ASAN İmza" sertifikatı verilib.

Səbuhi HƏSƏNOV

Seçilən
2
2
xalqqazeti.az

3Mənbələr