AZ

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 33 mindən çox şəxs qəbul edilib

Yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 33.110 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44.450 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.99 faiz çoxdur.

Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asanİmza sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-sentyabr aylarında vergi ödəyicilərinə 664.698 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.569 müraciət üzrə 4.568Asan İmza sertifikatı verilib.

Seçilən
18
1
vergiler.az

2Mənbələr