AZ

Azərbaycan İran və Rusiya arasında investisiya layihələrinin reallaşdırılması üçün iş aparılmalıdır – Şahin Mustafayev

Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununla yanaşı investisiya layihələrinin reallaşdırılması üçün davamlı olaraq əlverişli şəraitin yaradılması məqsədilə iş aparılmalıdır.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu var.

"Zirvə toplantıları ilə yanaşı, ölkələrimiz arasında 2022-ci ildə Bakı şəhərində Azərbaycan, Rusiya Baş nazirlərinin müavinləri və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə görüş keçirilib", - deyə Baş nazirin müavini vurğulayıb.

Seçilən
7
6
day.az

9Mənbələr