AZ

Azərbaycan İran və Rusiya arasında investisiya layihələrinin reallaşdırılması üçün iş aparılmalıdır – Şahin Mustafayev

Bakı. Trend:

Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluvə qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununlayanaşı investisiya layihələrinin reallaşdırılması üçün davamlıolaraq əlverişli şəraitin yaradılması məqsədilə işaparılmalıdır.

Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikasınümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanıdeyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Respublikası, İran İslamRespublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli BirgəBəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional vəbeynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi vəenergetika sahəsində layihələrin həyata keçirilməsi baxımındanmüstəsna rolu var.

“Zirvə toplantıları ilə yanaşı, ölkələrimiz arasında 2022-ciildə Bakı şəhərində Azərbaycan, Rusiya Baş nazirlərinin müavinlərivə İranın yol və şəhərsalma nazirinin iştirakı ilə görüşkeçirilib”, - deyə Baş nazirin müavini vurğulayıb.

Seçilən
7
5
az.trend.az

9Mənbələr