Bakı. Trend:
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK)təmsilçisi, “King” ləqəbli Akif Quluzadə Banqkokda keçirilən ONEChampionship (ONE FC) turnirində növbəti qələbəsini qazanıb.
Trend xəbər verir ki, idmankaryerası ərzində ümumilikdə 20 qələbə qazanan Akif Quluzadəonlardan 5-ni ONE FC turnirlərində qazanıb.
Onun üçüncü qələbəsində istifadə etdiyi zərbə (spinning backelbow) dünya idman ictimaiyyətində böyük maraq doğurub. Belə ki,həmin döyüşdən görüntülər ONE FC-in rəsmi “Facebook” səhifəsində 1milyondan çox baxış və bəyənmə toplayıb, digər sosialplatformalarda isə daha geniş izlənmə qazanıb.
İdmanın həm kikboksinq, həm də muaytay növlərində yüksəknəticələr göstərərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsiledən A.Quluzadənin qarşıda 4 döyüşü planlaşdırılır.
Qeyd edək ki, təcrübəli mütəxəssislər Ələsgər Soltanovunməşqçiliyi və Çingiz Allazovun dəstəyi ilə qələbə qazanantəmsilçimiz dünya nüfuzlu ONE FC təşkilatı ilə 100 000 ABŞ dollarıməbləğində müqavilə imzalayıb.