AZ

Akif Quluzadə Banqkokda keçirilən "ONE FC" turnirində növbəti qələbəsini qazanıb - FOTO

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi, "King" ləqəbli Akif Quluzadə Banqkokda keçirilən "ONE Championship" (ONE FC) turnirində növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, idman karyerası ərzində ümumilikdə 20 qələbə qazanan təmsilçimiz onlardan 5-ni "ONE FC" turnirlərində qazanıb.

Onun üçüncü qələbəsində istifadə etdiyi zərbə (spinning back elbow) dünya idman ictimaiyyətində böyük maraq doğurub. Belə ki, həmin döyüşdən görüntülər ONE FC-in rəsmi "Facebook" səhifəsində 1 milyondan çox baxış və bəyənmə toplayıb, digər sosial platformalarda isə daha geniş izlənmə qazanıb.

İdmanın həm kikboksinq, həm də muaytay növlərində yüksək nəticələr göstərərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən Quluzadənin qarşıda 4 döyüşü planlaşdırılır.

Qeyd edək ki, təcrübəli mütəxəssislər Ələsgər Soltanovun məşqçiliyi və Çingiz Allazovun dəstəyi ilə qələbə qazanan təmsilçimiz dünya nüfuzlu ONE FC təşkilatı ilə 100 000 ABŞ dolları məbləğində müqavilə imzalayıb.

İdman.Biz

Seçilən
2
4
idman.biz

5Mənbələr