AZ

Millimizin baş məşqçisi: “Məğlub olmağımıza baxmayaraq…”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli Özbəkistanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli komanda ilə keçirilən ikinci yoxlama matçında rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, komandasının baş məşqçisi Elxan Abdullayev oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib:

“Güclü rəqibə qarşı iki oyun keçirdik. Birinci görüşdə dominantlıq rəqibdə idi. Fərdi ustalıqda bizi qabaqlayırdılar. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik. Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara şans verdik. Erkən qolla da hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı. Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik. Ümumilikdə toplanışdan razı qaldım. Təbii ki, çatışmazlıqlarımız var, bunların üzərində çalışacağıq”.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

"Qarabağ"dan sıçrayış - 14 pillə irəliləyib

“APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO

Millimizin baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq

Rəşad Eyyubov: “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”

AÇ: Millimiz növbəti matçına çıxacaq

Seçilən
8
8
apasport.az

10Mənbələr