Ajans.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Elxan Abdullayev açıqlama verib. O, Özbəkistanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli komanda ilə keçirilən ikinci yoxlama oyunundan (1:3) sonra fikirlərini bölüşüb: "Güclü rəqibə qarşı iki oyun keçirdik. Birinci görüşdə dominantlıq rəqibdə idi. Fərdi ustalıqda bizi qabaqlayırdılar. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik. Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara şans verdik. Erkən qolla da hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı. Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik. Ümumilikdə toplanışdan razı qaldım. Təbii ki, çatışmazlıqlarımız var, bunların üzərində çalışacağıq". Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta