AZ

Neymar Messi ilə yenidən birləşə bilər

Braziliyalı cinah oyunçusu Neymar “İnter Mayami” klubunun futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun nümayəndələri mümkün transferin potensial faydasını qəbul edirlər, baxmayaraq ki, rəsmi danışıqlar hələ başlamayıb.

Əgər bu transfer baş tutarsa, Neymar “Barselona”da birlikdə çıxış etdiyi argentinalı Lionel Messi ilə yenidən bir komandada oynayacaq.

İyulun 25-də Braziliyanın “Santos” klubu Neymarla müqavilə imzaladığını açıqlayıb. 33 yaşlı futbolçunun klubla olan müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir və müddət bitdikdən sonra uzadılma imkanı nəzərdə tutulur.

Seçilən
3
15
publika.az

10Mənbələr