AZ

Neymar yenidən Messi və Suareslə eyni klubda oynaya bilər

"İnter Mayami" "Santos"un hücumçusu Neymarı kluba dəvət etməyi nəzərdən keçirir.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.

Tərəflər arasında danışıqlar hələ başlamayıb, lakin "sambaçı"nın menecerləri bildirirlər ki, futbol üzrə Dünya çempionatının ABŞ-də keçiriləcəyi ildə (2026-cı ilin yayı) Neymarın bu ölkənin klubunun heyətinə keçidi çox yaxşı olardı.

Hazırda "İnter Mayami" 38 yaşlı hücumçu Lionel Messi və Luis Suares ilə müqavilələrin müddətinin uzadılması üzərində çalışır.

Xatırladaq ki, Neymar, Messi və Suares 2014-2017-ci illərdə "Barselona"nın heyətində oynayıblar. Onlar bu dövr ərzində birgə 364 qol vurublar və 173 məhsuldar ötürmənin müəllifi olublar.

"Cebheinfo.az" 

Seçilən
8
15
cebheinfo.az

10Mənbələr