Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 788 ton çay istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və ya 428,7 ton azalıb.
Sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 84,9 ton təşkil edib.
Eyni zamanda 2025-ci ilin ilk 8 ayında Azərbaycandan 4,5 milyon ABŞ dolları dəyərində 492 ton çay ixrac edilib. Çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 90 min ABŞ dolları və ya 2%, miqdar baxımından isə 3 ton və ya 0,6% artıb.
Bununla yanaşı, bu ilin yanvar-avqust aylarında Azərbaycana 54,5 milyon ABŞ dolları dəyərində 8 861 ton çay idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 4 milyon ABŞ dolları və ya 8% artıb, miqdar baxımından isə 902 ton, yaxud da 9,2% azalıb.
Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycana idxal olunan çay ümumi idxalın 0,36%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın 0,03%-ni təşkil edib.