AZ

Azərbaycanda çay istehsalı azalıb, idxal və ixrac isə artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 788 ton çayistehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə5,2% və ya 428,7 ton azalıb.

Sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 84,9 tontəşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk 8 ayında Azərbaycandan 4,5 milyonABŞ dolları dəyərində 492 ton çay ixrac edilib. Çay ixracı ötənilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 90 min ABŞdolları və ya 2%, miqdar baxımından isə 3 ton və ya 0,6% artıb.

Bununla yanaşı, bu ilin yanvar-avqust aylarında Azərbaycana 54,5milyon ABŞ dolları dəyərində 8 861 ton çay idxal edilib ki, bu daillik müqayisədə dəyər ifadəsi ilə 4 milyon ABŞ dolları və ya 8%artıb, miqdar baxımından isə 902 ton, yaxud da 9,2% azalıb.

Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycana idxal olunan çayümumi idxalın 0,36%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın0,03%-ni təşkil edib.

Seçilən
7
2
az.trend.az

3Mənbələr