
Xatırladaq ki, ötən gün beynəlxalq konfrans iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığı ziyarət ediblər.

Sonra qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa səfəri vaxtı beynəlxalq konfrans iştirakçıları vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olublar.
AzVision.az