AZ

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Ağdərəyə səfər edib

Bakıda təşkil olunan itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Ağdərəyə səfəri başlayıb. SİA xəbər verir ki, oktyabrın 9-11-də keçiriləcək konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil olunacaq.

Qonaqlar daha sonra Şuşa şəhərinə səfər edəcəklər. Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil olunacaq, ardınca onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar. Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.

Seçilən
7
7
sia.az

8Mənbələr