Türkiyədə son iki mövsümdür reytinqlərdə zirvədə olan “Uzak Şehir” serialı Amerikada da yayımlanacaq.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ozan Akbaba və Sinem Ünsalın baş rollarda yer aldığı serialın yayım hüququnu dünyaca məşhur “Telemundo” kanalı da alıb.
Keçmişlə üzləşmə fonunda yaşanan sevgi hekayəsi okeanın o tayında ispan dilində efirə çıxacaq.
Qeyd edək ki, “Telemundo” ABŞ-də əsas rəqibi “Univision”dan sonra ikinci ən böyük ispandilli televiziya şirkətidir, bir çox məşhur serialların istehsalçısıdır. Azərbaycanda da vaxtilə böyük maraqla izlənilən “Donna Barbara” serialı məhz bu kanala məxsusdur.
"Cebheinfo.az"