AZ

Artıq okeanın o tayında da yayımlanacaq

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə son iki mövsümdür reytinqlərdə zirvədə olan “Uzak Şehir” serialı Amerikada da yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, Ozan Akbaba və Sinem Ünsalın baş rollarda yer aldığı serialın yayım hüququnu dünyaca məşhur “Telemundo” kanalı da alıb.

Keçmişlə üzləşmə fonunda yaşanan sevgi hekayəsi okeanın o tayında ispan dilində efirə çıxacaq.

Qeyd edək ki, “Telemundo” ABŞ-də əsas rəqibi “Univision”dan sonra ikinci ən böyük ispandilli televiziya şirkətidir, bir çox məşhur serialların istehsalçısıdır. Azərbaycanda da vaxtilə böyük maraqla izlənilən “Donna Barbara” serialı məhz bu kanala məxsusdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
qafqazinfo.az

2Mənbələr